Bazar ertəsi, 20 May

Vaksinasiya olunanlar "Delta" ştammına yoluxur?

image

İlk dəfə Hindistanda ortaya çıxan və sürətlə yayılan koronavirus pandemiyasının “Delta” ştammı təhlükə yaratmağa davam edir. 

Xəbər verilir ki, Avstraliyada COVID-19 pandemiyasının mutasiyaya uğramış variantı olan  “Delta” ştammına yoluxmuş bir nəfər ad günü qonaqlığında iştirak edib. Bundan sonra partidə iştirak edən onlarla peyvənd edilməmiş insanın Delta ştammına yoluxduğu aşkar edilib.  Qonaqlıqda iştirak edən peyvənd olunmuş şəxslər isə məlum ştamma yoluxmayıb.

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin səhiyyə naziri Brad Hazzard bildirib ki, ziyafət iştirakçılarından yalnız biri sözügedən ştammın daşıyıcısı idi. Həmin bir nəfər tədbirə qatılan 30 nəfərdən 24-nü Delta variantına yoluxdurub. Vaksinasiya olunan 6 nəfərdə isə heç bir yoluxma olmayıb. 

Qeyd edək ki, koronavirusun mutasiyaya uğramış “delta” və “delta+” növləri təxminən 4 milyon insanın ölümünə səbəb olub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41